2023-cü ildə vətəndaşlara 75-80 milyona yaxın sığorta ödənişi edilib. Bunu İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, 2011-ci ildən İcbari Sığorta Bürosu qarantiya fondu kimi vətəndaşlara dəymiş ziyanı kompensasiya edir.
"Büroya daxil olan şikayətlərin 80%-i icbari
avtomobil sığortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara, təqribən,
1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi
həyata keçirilib ki, bu ümumilikdə, 75-80 milyon manata yaxın sığorta ödənişlərinin
həyata keçirilməsi deməkdir. Bu illər ərzində büroya Naxçıvandan heç bir müraciət
daxil olmayıb", -Əhmədov mayın 29-da Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində "I Regional Sığorta Forumu"da çıxışı zamanı qeyd edib.
2024-cü ilin birinci rübündə sığorta xətti ilə 373,14 milyon manat vəsait yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur.
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov söyləyib ki, Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb.
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.

Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !