Tender üzrə təkliflər zərfləri açıldı

16:59 | 24.04.2015
Tender üzrə təkliflər zərfləri açıldı

Tender üzrə təkliflər zərfləri açıldı

 Bu gün "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan Azerspace-2 peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair "Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açıldı. Açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın Orbital ATK və Space Systems Loral, Çinin China Great Wall Industry Corporation və Fransanın Airbus Defence and Space şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Qeyd edək ki, Azerspace-2-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək. Azerspace-2 regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı olacaq və Azərkosmosa müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti