Yaponiyada yaşlı kişi parkda 200 kiloqram ağırlığında porno materialı gizlədərkən yaxalanıb. ANS PRESS-in verdiyi məlumata görə, Xidaki Adaçi adlı şəxs Osake parkında torpağı qazarkən polis tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, kişi porno video kaset və jurnallarla dolu 17 yeşiyi basdırmaq istəyib.Təqaüdçü kişi ümumi çəkisi 200 kiloqram olan porno materialları özünə məxsus yük maşınında gətirib. O, gecə həmin yeşikləri basdırmağa çalışıb. Polis Xidaki Adaçini saxlayıb. O, ifadəsində bildirib ki, 500 kaset və jurnal qonşusunun xahişilə gizlətmək istəyib. Onun sözlərinə görə, qonşusu yataq xəstəsidir.Polis təqaüdçü kişini cərimələyərək buraxıb. Porno materiallar isə məhv edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !