Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən "Tərtər işi” üzrə təqsirləndirilən dörd hərbi qulluqçunun – Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşiyevin həbs müddəti 3 ay azaldılıb.
Onların üzərindən Azərbaycan Cinayət Məcəlləsinin 341-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) üzrə ittihamlar götürülüb.
Ötən həftə Bakı Hərbi Məhkəməsi Ruslan Mikayılovu 6 il 6 ay, Cabir Qəhrəmanovu 6 il 8 ay, Elçin Əliyevi 5 il 8 ay, Sənan Maşiyevi isə 4 il 11 ay müddətinə azadlıqdan məhrum edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !