Tərtər rayonu Şıxarx qəsəbəsində xatirə bulağının açılışı olub.
"Report”un yerli bürosu xəbər verir ki, xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin 1 ili münasibətilən inşa edilən Xatirə bulağının açılışında müxtəlif rayonlardan olan, şəhid ailələrinin üzvüləri Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbirin təşkilatçısı Emin Tarverdiyev bildirib ki, Şıxarxda Vətən müharibəsi şəhidlərinin hər birinin adına ağac əkilib: "Vətən bağı" adı verdiyimiz bu bağda inşa edilən bulaq, həmin işin davamıdır. Bulaq Tərtər-Ağdərə yolunun üzərində bağın yanında yerləşir. Əsas məqsədimiz, bulağın suyundan hər kəsin istifadə etməsini təmin etməkdir. Bulağın daimi suyla təmin edilməsi üçün, yaxınlıqda olan, içməli su artezianından xətt çəkilib".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !