Rusiya Prezidenti Vladimir Putin sentyabrda ABŞ-ın Nyu York şəhərində baş tutacaq BMT-nin 70-ci Baş Assambleyasında iştirak edəcək.
Axar.az xəbər verir ki, Putin 10 nəfərdən ibarət kiçik heyətlə ABŞ-a yola düşəcək. Heyətə Xarici İşlər naziri Sergey Lavrov və köməkçisi Gennadi Qatilov, prezidentin köməkçisi Yuri Uşakov, Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev və digər rəsmilər daxildir.
Xatırladırıq ki, Putin 2000, 2003 və 2005-ci illərdə BMT Baş Assambleyası yığıncaqlarına qatılıb. 2009-cu ildə keçirilən yığıncaqda həmin dövrdə prezident olmuş Dmitri Medvedev iştirak etmişdi.
Ötən il isə yığıncaqda Rusiyanı Putinin yerinə Sergey Lavrov təmsil etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !