Qazaxıstanda təyyarə qəzası zamanı yaralanan 5 vətəndaşın müalicəsi xəstəxana şəraitində davam etdirilir. Bu barədə TƏBİB trend-in sorğusuna cavab olaraq bildirilib.
"Təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib. Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir", - məlumatda deyilir.
Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də açıqlamasında bildirib ki, qəza ilə bağlı ilkin məlumatlar var, sadəcə qara qutunun oxunmasının yekunu gözlənilir.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb.
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib.
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !