Təyyarələr yüksəksürətli internetlə təchiz olunacaq

20:20 | 03.05.2014
Təyyarələr yüksəksürətli internetlə təchiz olunacaq

Təyyarələr yüksəksürətli internetlə təchiz olunacaq

ABŞ-ın “AT&T” telekommunikasiya operator və "Honeywell” avtomatlaşdırma avadanlığı istehsalçısı təyyarələri yüksəksürətli internetlə təchiz etmək üçün səylərini birləşdirir. Layihə “AT&T”-nin “4G LTE” şəbəkəsi və “Honeywell”ın avtomatlaşdırma və aparat təminatı sistemləri bazasında yaradılacaq. 2015-ci ilin sonunda hazır olacaq servisə həm rabitə səviyyəsini artırmağa çalışan aviadaşıyıcılar, həm də bütün sərnişin kateqoriyaları arasında tələbatın olacağı gözlənilir.“Hamı harada olmağından asılı olmayaraq, hətta 10 min metr hündürlükdə olanda belə yüksəksürətli və etibarlı mobil internetə çıxış əldə etmək istəyir. Biz bu servisin aviasiya sənayesində rabitə prinsiplərini dəyişəcəyini gözləyirik: biz səmanı mobil şəbəkəyə qoşacağıq”, -  “AT&T Operations” şirkətinin prezidenti və icraçı direktoru Con Stenki deyib.Yeni layihədə sürəti 70 Mbit/saniyəyədək (hazırda ABŞ-da “air-to-ground” xidmətinin (təyyarə ilə yerdə və səmada əlaqə üçün rabitə vasitəsi) sürəti 9,8 Mbit/saniyə təşkil edir) təmin edən ikidiaqramlı istiqamətə malik antenadan istifadə olunacaq.    “Honeywell” nümayəndələrinin sözlərinə görə, "AT&T” sistemi hazırkı sistemlərdən daha yüksək sürəti və daha yaxşı əhatəni təmin edəcək. “AT&T” təmsilçiləri qeyd edirlər ki, aviasiyada “Wi-Fi” şəbəkələrinin inkişafı onların müxtəlif obyektlərin rabitə ilə təmini üzrə strategiyasının bir hissəsini təşkil edir. “AT&T” ABŞ-da 116 milyon abunəçiyə malikdir. Uçuşda internetlə təmin edilmə üzrə sistemlərin genişlənməsi son altı ildə (2008-2013) simli və simsiz şəbəkələrə 140 milyard dollar investisiya yatıran şirkət üçün məntiqli addım hesab edilir.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM