Forbes ABŞ-ın ən varlı 400 adamının illik siyahısını dərc edib.
Bu insanların çoxu sərvətini sıfırdan yığıb. Bu sadəcə Amerika arzusu deyil. Bir neçə xarici iş adamı da tez və gözlənilməz uğur qazanıblar. Bu uğur tarixçələrində inadkarlığın, istedadın və bir az da şansın uğura apardığından danışılır.
Yan Kum, WhatsApp-ın təsisçisi və rəhbəri nə vaxtsa kart üzrə ərzaq alırdı, amma Facebook şirkəti ilə satış müqaviləsindən sonra milyarder oldu.
Sərvəti: 7,7 milyard dollar (Forbes-in məlumatına görə)
37 yaşlı Kum ABŞ-a 16 yaşı olanda gəlib. Onun ailəsi ərzaq kartları ilə dolanırdı. Onlar bu kartları Kumun gələcək ofisindən iki kvartal uzaqlaıda Kaliforniya ştatında Maunten-Vyuda alırdılar.
2009-cu ildə Kum və şirkətin həmtəsisçisi Brayan Ekton bütün dünyada olan insanları birləşdirmək üçün real zaman kəsiyində ünsiyyət qurmağın mümkün olduğu proqramı işə saldılar.
600 milyondan çox istifadəçisi olan WhatsApp Facebook-a 19 milyarda satılıb.
Bu sazişin nəticəsində Kum milyarder oldu.
Cek Ma 1999-cu ildə Alibaba şirkətini təsis edənə qədər ingilis dilini tədris edirdi.
Sərvəti: 20,2 milyard dollar.
O, Çində Xançjou şəhərində anadan olub. O, fastfood restoranı olan KFC-də işə qəbul olunmamışdı. O, iki dəfə kolecə qəbul imtahanlarından kəsilib, amma sonradan təhsil alaraq ingilis dilini tədris etməyə başlayıb.
1995-ci ildə ilk dəfə ABŞ-a səfər edib və ilk dəfə internet görüb. İnternetdə çin dilində məlumatın çox az olduğunu görəndən sonra, o, çin dilində ilk veb-startap olan China Pages yaradır. Bu layihə uğur qazanmır. 1999-cu ildə o, Alibaba şirkətini təsis edir. Bu gün bu Çində ən populyar internet-mağazadır. Sentyabrdakı İPO-dan sonra Ma Çinin ən varlı insanına çevrildi.
Elizabet Holms qan diaqnozu üzrə şirkətini yaradarkən cəmi 19 yaşı var idi. İndi 30 yaşı var və o, milyarderdir.
Sərvəti: 4,5 miyard dollar.
Holms Stenford universitetində oxuyarkən 2003-cü ildə qan təhlilləri aparan Theranos qan diaqnostika şirkətini təsis edir.
Müəllifi olduğu inqilabi texnologiyanın özəlliyi isə, təhlil üçün mikroskopik qan damcısının lazım olmasından ibarətdir, təhlil isə tez, dəqiq və standart laboratoriya analizlərindən ucuz başa gəlirdi.
Theranos əsas üstün cəhəti, təsisçinin sözlərinə görə, testlərin sürəti, əlyetərliliyi və ucuzluğudur. Laboratoriyalar qanı bir neçə sutka, yalnız iş günləri yoxlayırlar və analiz üçün böyük həcmli biomateriala ehtiyac olur.
İnqvar Kamprad İsveçdə fermada böyüyüb, sonra isə İKEA-nın təsisçisi olub.
Sərvəti: 3,9 milyard dollar.
Kampradın 7 yaşı olanda qonşulara kibrit satırdı.
Sonradan qələm, təbrik açıqcaları, milad bəzəkləri satmağa başlayıb. 17 yaşında İKEA şirkətini yaradır. 21 yaşında mebel satmağa başlayır və beləliklə də İKEA imperiyası yaranır.
İndi şirkətin dünyanın 42 ölkəsində 340 mağazası mövcuddur, illik satış – 36 milyarddır, New Yorker nəşri şirkəti "ev həyatının gözəgörünməz dizayneri” adlandırır.
Amma Kamprad qənaətcil olaraq qalır: o yalnız ekonom-klass ilə uçur.
Starbuck direktorlar heyətinin sədri Hovard Şuls kasıblar üçün rayonda böyüyüb.
Sərvəti: 2,1 milyard dollar.
Şuls danışır: "Mən böyüdükcə hiss edirdim ki, yolun bir tərəfində yaşayıram. Yolun digər tərəfində yaşayan insanlar daha çox resursa, daha çox pula sahib idilər, onların ailələri daha xöşbəxt idi. Və mən bilmirdim ki, niyə görə daha çox şeyə nail olmaq istəyirəm. İndi qalstuk taxıram, kostyum geyinirəm amma hardan və kim olduğumu xatırlayıram”.
Şimali Miçiqan universitetinin təqaüdünü qazanıb, məzun olduqdan sonra Xerox şirkətində çalışıb. Bundan sonra isə Starbucks adı altında kiçik qəhvəxana açır. Şuls 1987-ci ildə şirkətin direktorlar heyətinin sədri olur, qəhvəxana isə bütün dünyada 16 mindən çox satış məntəqəsi olan şəbəkəyə çevrilir.
Kasıb ailədə andan olan Opra Uinfri televiziyada ilk afroamerikalı müxbir olub.
Sərvəti: 3 miyrad dollar
Uinfri Missisipidə kasıb ailədə doğulmasına baxmayaraq 19 yaşında ikən televiziyada ilk afroamerikalı müxbir olub. 1983-cü ildə Uinfri Çikaqoya köçür, AM tok-şouda çalışmağa başlayır, sonradan bu şou The Oprah Winfrey Show ("Opra Uinfrinin şousu”) adını alır.
İş adamı Şahid Xan vaxtı ilə saatı 1,20 dollara qab yuyub.
Sərvəti: 4,4 milyard dollar.
İndi o, dünyanın ən zəngin adamlarındadır, Xan Pakistandan gəldikdə İllinoys ştatının Universitetində oxuyur və qazanc əldə etmək üçün qab yuyurdu. Hal-hazıtrda Xan ABŞ-ın ən nəhəng özəl şirkətlərindən biri olan Flex-N-Gate-in, Jacksonville Jaguars futbol komandasının, eləcə də Fulham klubunun sahibidir
Saçlara qulluq üzrə imperiyanı yaradan Con Pol Decoria bir zamanlar qəyyum ailədə yaşayıb.
Sərvəti: 3,2 milyard dollar.
10 yaşına qədər Decoria ailəsinə yardım etmək üçün, milad açıqcaları və qəzet satırdı. Sonradan qəyyum ailəyə verilir, hətta orduya xidmət etməyə yollanmazdan öncə bir müddət banda üzvü belə olub.
700 dollar borc alan Decoria John Paul Mitchell Systems yaradır və evlərə şampun çatdırması ilə məğul olur, bu zaman o öz maşınında yaşayırdı. Sonradan o Patron Tequilanı yaradır, indi isə digər sahələrə də sərmayə yatırmaq ilə məşğuldur.
Forever 21-in həmtəsisçisi Do Von Çanq Amerikaya köçdükdən sonra qapıçı, yanacaqdoldurmada operator, qəhvəxanada ofisiant kimi çalışıb.
Sərvəti 5,2 milyard dollar.
Do Von Çanq və Cin Suk cütlüyü Forever 21 brendinin təsisçiləridir, amma onlar heç nəyi asanlıqla əldə etməyiblər. 1981-ci ildə Koreyadan Amerikaya köçdükdən sonra Do Von, ailəsini dolandırmaq üçün eyni zamanda üç işdə işləməli idi. Onlar ilk mağazalarını 1984-cü ildə açıblar.
Forever 21 hal-hazırda 480 mağazası və satşlardan 3 milyard illik gəliri olan şəbəkədir.
Ralf Loren vaxtı ilə Brooks Brothers-də klerk olub.
Sərvəti: 7,8 milyard dollar.
Loren təhsilini Bronksda alıb, sonradan kollecdən çıxıb və orduya xidmət etməyə yollanıb. 26 yaşında o şəxsi qalstuk şirkətini açır. Onun biznesi inkişaf etməyə başlayır və Loren təvazökar klerkdən milyarderə çevrilir.
Leonardo Del Vekkio uşaq evində böyüyüb, sonra zavodda işləyib, burada işləyərkən barmağının yarısını itirib.
Sərvəti: 18,4 milyard.
Del Vekkio, Luxottikanın təsisçisi, anasının dul qaldıqan sonra baxa bilmədiyi və 1961-ci ildə uşaq evinə göndərilən beş uşaqdan biri idi. Sonradan o eynək çərçivəsi düzəldilən zavodda çalışıb.
23 yaşında Del Vekkio şəxsi sexini açır, bir müddət sonra bu sex böyüyərək dünyada ən iri Ray-Ban və Oakley kimi brend günəş eynəklərinin istehsalçısına çevrilir.
Əfsanəvi Corc Soros faşistlərin Macarıstanı işğal etdikləri zaman sağ qalan və Londona köçən kasıb tələbə idi.
Sərvəti: 24 milyard dollar.
Corc Soros faşistlərin Macarıstanı işğal etdikləri zaman sağ qalır. 1947-ci ildə ölkədən qaçır və qohumlarının yanına Londona köçür. O, Londonun iqtisadiyyat məktəbinə daxil olur, eyni zamanda dəmiryol stansiyasında ofisiant və yükdaşıyan işləyir.
Məzun olduqdan sonra Soros suvenir satışı ilə mşğul olur, sonra isə Nyu-Yorkda bankir işləyir. 1992-ci ildə Soros ingilis funtunun alman markasına nisbətən ucuzlaşması zamanı qazanc əldə edir, bu ona milyardlarla dollar gətirir.
Oracle-nin təsisçisi Larri Elison anası vəfat etdikdən sonra kolecdən çıxıb və səkkiz il müddətində təsadüfi qazanclarla dolanıb.
Sərvəti: 48 milyard dollar.
O, Bruklində anadan olub, onu Çikaqoda qohumları böyüdüb. Xalası vəfat etdikdən sonra Elison koleci tərk edib və Kaliforniyaya köçüb, burada o təsadüfi qazanclarla təxminən səkkiz il yaşayıb. 1977-ci ildə yaratdığı Oracle şirkəti, hal-hazırda texnologiya dünyasında ən iri şirkətlərdəndir.
Hal-hazırda Elison CEO vəzifələrindən kənara çəkilib, amma dünyanın ən varlı adamlarından biridir.
Roman Abramoviç uşaqlıqda yetim qalıb. Hal-hazırda rusiyalı maqnat Chelsea futbol klubunun sahibidir.
Sərvəti: 9,5 milyard dollar
Abramoviç 1966-cı ildə Saratovda anadan olub. İki yaşı olmamış anasını itirib. Atası isə Romanın 4 yaşı olanda vəfat edib. Bundan sonra onu Moskvada yaşayan əmisi saxlayır. Gələcək milyarder həyatının bir hissəsini Komi Respublikasında keçirib. O, Sənaye İnstitutuna daxil olur, sonra isə Qərbi Sibirdə neft məhsullarının satışı ilə məşğul olur.
Hal-hazırda Abramoviç – Rusiyanın ən zəngin insanlarındandır. O, böyük yaxtların, şəxsi Boeing 767 təyyarəsinin, eləcə də Chelsea futbol klubunun sahibidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !