• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!
13.12.2024 11:12
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan "The Banker” jurnalı 2024-cü ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə "İlin bankı” nominasiyasına ABB layiq görülüb. ABB bu mükafatı strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, innovativ məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə qazanıb. 

2024-cü il üzrə "İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Commerzbank, HSBC, OTP Bank, UniCredit Bank, BBVA, Türkiyə İş Bankası, Société Générale və başqa nüfuzlu banklar da yer alıb. Daha ətraflı məlumatlarla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, ABB 2001, 2002, 2003, 2004, 2006, 2007, 2009, 2010, 2021, 2022, 2023-cü illərdə də bu mükafata layiq görülüb.

"The Financial Times” qəzetinə aid olan "The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Jurnalın 2000-ci ildən təqdim etməyə başladığı "İlin bankı” mükafatı bankçılıqda mükəmməllik standartına çevrilib. Bu mükafatı beynəxalq nüfuzuna görə "Bankçılıq sektorunun Oskarı” kimi də qəbul edirlər. 

"İlin bankı” mükafatı hər il dünyanın 120-dən çox ölkəsini əhatə edir. Seçim regional və sektor ekspertlərinin, eləcə də redaktorlar heyətinin birgə qərarı ilə aparılır. Bankların strateji təşəbbüsləri, texnologiyaları, məhsul və xidmətləri əsas meyar kimi götürülür. Mükafatın təqdimatı tədbirində hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı bankların rəhbər şəxsləri iştirak edir. Bu baxımdan, "The Banker” jurnalının "İlin bankı” mükafatının təqdimatı tədbiri qlobal səviyyədə maliyyə sektorunun ən böyük toplantılarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol