Bir neçə gün bundan öncə "The Daily Caller” adlı məşhur internet saytında Cənubi Qafqaz respublikaları olan Azərbaycan və Ermənistanın Yaxın Şərqdə yeni yaranmış geopolitik reallığa uyğunlaşmalı olduqları haqqında xəbər getmişdi. Məqalənin müəllifi "Beqin-Sadat” adlı strateji araşdırma mərkəzinin və İsrail geostrateji araşdırma mərkəzi olan "Wikistrat”-ın baş analitiki, amerikalı ekspert Aleksandr Murisondur. Məqaləni ANN.Az oxucularının diqqətinə çatdırırıq:
Rusiya Ukrayna xalqının azad və sərbəst seçim edərək Avroatlantik məkana inteqrasiyasına mane olması fonunda Ermənistan yenə də Qərblə bir addımlamaqdan imtina edir. Avroatlatik birlik yeni soyuq müharibənin təşfişi içərisində olduğu və Rusiyanın sanksiyalarla üzləşdiyi bir zamanda Ermənistan rəhbərliyi öz xarici və iqtisadi siyasətini koordinasiya etməklə bağlı Moskva ilə razılığa gəldi.
Eyni anda, ABŞ-ın siyasətini dəstəkləyə biləcək Azərbaycan Obama administrasiyasının razılaşdırılmamış və məsuliyyətsiz nümayəndələrinin zəifliyi ilə qarşılaşıb. Buna görə də Azərbaycan yeni yaranmış dünya düzəninə uyğun olaraq öz siyasətini yenidən şəkilləndirməyə başlayıb. Azərbaycan çoxtərəfli enerji layihələri vasitəsi ilə - bu layihələr Avropanın Rusiyadan enerji asıllılığının qarşısını alır – Avropanın bir çox ölkələri ilə ikitərəfli əməkdaşlığını möhkəmləndirir. Həmçinin Azərbaycan öz qonşu dövlətləri və tərəfdaşları olan Türkiyə, İsrail və bir çox Avropa ölkələri ilə əməkdaşlığını dərinləşdirməyə çalışır.
NATO-nun amerikalı baş komandanı olan Flipp Bridval Qərbin Rusiya ilə yarana biləcək hərb gərginliyi məsələsində mövqeyini sərgiləyib. O qeyd edir ki, Rusiya və rusmeyilli seperatist qüvvələr Ukraynada uğurlarını genişləndiriblər. O, daha sonra qeyd edib ki, bu birləşmələr öz mövqelərini dəyişiblər və yenidən Ukraynanın silahlı qüvvələrinə basqın hazırlayırlar. Aprelin 30-da Flipp Bridval Konqresə etdiyi təklifində bildirib ki, konqresmenlərin rus hərbi birləşmələrin qarşısını almaq üçün Ukraynaya hərbi vasitələrlə yardım edilməsi layihəsini dəstəkləyir. Amma o Ukraynaya hansı hərbi texnikanın göndərilməli olduğu ilə bağlı açıqlama verməyib. "Washington Times” xəbər verir ki, Bridval NATO-nun Rusiyanı əsas təhlükə görməsi ilə bağlı fikir ortaqlığının içində olduğunu bildirib.
Bridval qeyd edib ki, "Rusiyanın atdığı addımlar və nail olmaq istədiyi məqsədlər regional yox, qlobal xarakterlidir və daimi əsasda bu siyasət davam etdiriləcək”.
Bridlav Vaşinqtona çağırış edərək deyib ki, Ukraynaya hərbi yardımı göstərməklə bağlı təklifləri çox ciddi şəkildə nəzərdən keçirtsin. Kiyevin, rus hərbi birləşmələri və seperatistlərinə qarşı mübarizə apara bilməsi üçün ABŞ-ın Kiyevə hərbi hücüm texnikasının göndərilib-göndərilməməsinə ABŞ diqqətli yanaşmalıdır. Amma prezident Obama və bir çox qərb liderləri bu təklifi həddən artıq provakativ hesab edərək onu rədd ediblər.
Qərbin möhkəmlənən qərarı fonunda NATO-nun partnyor dövləti olan Ermənistan son zamanlar Rusiya ilə daha çox yaxınlaşmağa başlayıb. "Rusiya 24” kanalının verdiyi məlumata görə, Ermənistanın prezidenti Serj Sarkisyan Yerevanın xarici siyasətini Rusiya ilə koordinasiya edəcəyi ilə bağlı məlumat verib. Müsahibəsində qeyd edib ki, Rusiya beynəlxalq məsələlərdə Ermənistanın dəstəyinə güvənə bilər. O əlavə edib: "Əgər biz hər hansısa bir birliyə qoşuluruqsa, təbii ki, buna görə də üzərimizə müəyyən öhdəliklər götürürük”.
Ermənistan prezidenti Yerevanın rus-erməni münasibətlərinə xüsusi önəmli saydığını və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsini (qeyd edək ki, Rusiya tərəfindən başçılıq edilən bu təşkilat NATO ilə müxalif mövqedədir) də Ermənistan üçün vacib saydığını dilə gətirib. Bu bəyənat onu göstərir ki, Yerevan istənilən beynəlxaq forumlarda Rusiyanı dəstəkləməyə hazırdır. Ermənistan ümid edir ki, Azərbaycanın ərazisi daxilində olan dondurulmuş Dağlıq Qarabağ konfiliktinin onun xeyrinə həll edilməsinə nail olacaq.
Dünyada sülhə və stabilliyə mane olacaq digər bir addım Putinin HHM üçün hazırlanan SS-300 raketlərinin İrana satışının qadağan edilməsi ilə bağlı qərarı ləğv etməsindən sonra yaranıb. SS-300 raketlərinin İrana satılması Yaxın Şərqdə nüvə silahları ilə bağlı gedən yarışa yeni nəfəs verəcək. ABŞ hərbiçisi polkovnik Klinq Xinout "Milli maraq” adlı məqaləsində bu nəticəyə gəlib ki, Rusiyanın bu alış-verişi regionda hərbi gücü köklü formada dəyişəcək:
"On il idi ki, ABŞ və onun mütəffiqləri Yaxın Şərq səmalarında sərbəst hərəkət edirdilər. Mütəffiq dövlətlər həm açıq səmada, həm də hərəkət azadlığında ABŞ-ın dəstəyinə güvənə bilərdilər. Bizim düşmənlər bilirdi ki, havadan hücum məsələsində çox zəifdirlər. Onların bunu başa düşməsi, onların hərbi gücə əl atmasına ən ciddi əngəl təşkil edirdi. Bu siyasət İranla məsələdə xüsusən işə yarayırdı. Çünki İranın HHM qüvvələri sanksiyalar nəticəsində gücsüz buraxılmışdı. SS-300-lərin gəlişi isə durumu köklü dəyişəcək”.
Yaxın Şərqdə gedən köklü dəyişikliklər fonunda Azərbaycanın Avropanın əsas əsas enerji tərəfdaşı kimi mövqeyi, Qərb üçün əhəmiyyəti olacaq. SSRİ dağıldıqdan sonra Azərbaycan demokratik inkişaf yolu seçərək Qərbin ən əsas müttəfiqinə çevrilib.
Azərbaycan və Ermənistan kimi ölkələrin qlobal toqquşmalardan kənar qalmaq istəyi başa düşülən olsa da, Şərq və Qərbin bu yeni qarşıdurmasında seçim etmələri qaçılmaz olacaq.
ABŞ Avropa və Azərbaycan Rusiya ilə münasibətdə qərarlarını möhkəm tutmalı, aqressiv Rusiyanın vassallarından, məsələn Ermənistan kimi uzaq durmalıdırlar.
Tərcümə etdi: Emin Aslan
http://dailycaller.com/2015/05/08/armenia-and-azerbaijan-adapt-to-a-new-geopolitical-reality-in-the-near-east/2/
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !