Tik-tokda polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs saxlanılıb

Tik-tok platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, o, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib.
Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.
Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.
www.anews.az