TikTok dilənçiliklə məşğul olan ailələrin canlı yayımlarından gəlir əldə edir - BBC

16:27 | 26.05.2023
TikTok dilənçiliklə məşğul olan ailələrin canlı yayımlarından gəlir əldə edir - BBC

TikTok dilənçiliklə məşğul olan ailələrin canlı yayımlarından gəlir əldə edir - BBC

Suriya düşərgələrində köçkün ailələr TikTok-da ianələr üçün yalvarır, əldə edilən gəlirin 70%-ni TikTok şirkəti mənimsəyir. Bu barədə BBC məlumat yayıb.

Nəşr yazır ki, uşaqlar canlı yayımda saatlarla pul dəyəri olan rəqəmsal hədiyyələr üçün yalvarırlar. Axınların saatda 1000 dollara (900 funt sterlinq) qədər qazanc verməsinə baxmayaraq düşərgələrdəki insanlar gəlirin cüzi hissəsini əldə edirlər.

TikTok şirkətindən bildirib ki, "istismarçı dilənçiliyə" qarşı təcili tədbirlər görüləcək.
 
Qeyd olunub ki, belə məzmunların paylaşmasına bu cür platformada icazə verilmir, rəqəmsal hədiyyələrdən əldə edilən komissiyanın miqdarı isə 70% -dən əhəmiyyətli dərəcədə azdır. Dəqiq məbləğin nə qədər olduğu barədə isə məlumat verilməyib. 

Ayişə Zahid

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb