Times of Israel: Azərbaycanda yəhudilər özlərini tam təhlükəsizlikdə hiss edirlər

15:51 | 05.10.2015
Times of Israel:  Azərbaycanda yəhudilər özlərini tam təhlükəsizlikdə hiss edirlər

Times of Israel: Azərbaycanda yəhudilər özlərini tam təhlükəsizlikdə hiss edirlər

Bir müddət əvvəl məşhur İsrail qəzeti «TheTimesofIsrael»də erməni işğalından əziyyət çəkən Azərbaycanın İsrailin sadiq müttəfiqi və dostu olmasından və bunun müsəlman ölkələri arasında nadir fenomen olmasından bəhs edən məqalə dərc olunub. Amerikalı ravvin İsrail Barukun qələmə aldığı məqaləni təqdim edirik: 

Yəhudi təqvimində ən müqəddəs bayram günlərinin olduğu ərəfədə mən bəşəriyyətin mədəni irsinin vəhşicəsinə məhv edilməsi barədə yazı yazmaq qərarına gəldim. İŞİD-in Suriyada törətdiyi "Mədəni məhvi” əks etdirən dəhşətli əməllər və İsrailin ən yaxın müttəfiqlərindən biri olan Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi və xalqının tarixi irsinin məruz qaldığı zorakılıq barədə fikirlərimi qələmə almağı qərara aldım.

Belə faciələr Nasizm dövründə, yaxud Stalinin, Sovet erası zamanı baş verənlərdən – dövlət təşəbbüsü ilə müqəttəs eksponatların, hətta bütöv icmaların məhv edilməsindən  heç də ciddi ölçüdə fərqlənmir. Mən beynəlxalq insan hüquqları təşkilatlarının və BMT kimi ümumdünya təsisatlarının təsdiq etdiyi faktlara əsasən çıxış edirəm. 

Dünyanın legitim dövlətləri tərəfindən sənədləşdirilərək aktlaşdırılan qeyri-insani əməllər barədə yazdığım yazılara təkcə saysız-hesabsız sayda təhqir və hədə deyil, həm də ölüm təhdidləri gəlib. BƏLİ, ÖLÜM TƏHDİDLƏRİ. Bu təhdidlər əksərən məkrli və anti-Semit şərhlərlə müşayiət olunub. Belə şərhlərdə mən o qədər "Sionist əclaf” kəlməsini oxumuşam ki, daha bu kəlməni görəndə keçirəm. 

Belə ifadələrlə bol şərhləri oxuyanda, mən onların arxasındakı mütəşəkkil qrupların məkrli maraqlarını görürəm, onlar təkcə zorakılığı təşviq etmir və dezinformasiya yaymırlar, həm də qəddarcasına anti-Semitizmə çağırış edirlər. Belə insanları görməzdən gəlməkdənsə və onlara nifrət qusmaq üçün başqa yer göstərməkdənsə, mən özümlüyündə hiss edirəm ki, biz bir toplum olaraq harmoniyanın, tolerantlığın və ümidin parladığı ölkələri və dövlətləri dəstəkləməliyik. İsrail və Azərbaycan belə ölkələrdəndir. 
Holokostu inkar edənlərlə müzakirələr nə qədər mənasızdırsa, təftişçilər və inkarçılarla da əlaqəyə girmək o qədər mənasızdır. Yoxsa bu mənim insani həssaslığımı, intellektimi və "Times of İsrael”in oxucularını sadəcə olaraq təhqir edərdi. 

1990-cı illərdə başlayan qanunsuz müharibə və Azərbaycan Respublikasının ərazisi olan Qarabağın işğalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq ictimaiyyətin mühakimələrinə baxmayaraq, bu gün də davam edir. Erməni işğalçılarının azərbaycanlı mülki vətəndaşlara qarşı zorakılığı müasir tarixdə baş verən tək-tük hadisələrlə müqayisə edilə bilər. İxtiyar qadınların süngülənməsi, uşaqların və hamilə qadınların edam edilməsi, gənc qızların işgəncəyə məruz qalması və zorlanması, bütöv kəndlərin qırğına məruz qalması... bəli, bunlar zorakı işğalçının əməlləridir.  

Münaqişələri qarışdırmaq və və faktları qəzəblə, ritorikayla təhrif etmək heç nəyə yaramır. Erməni xalqının və diasporasının bir əsr əvvəl yaşadığı böyük faciələrə baxmayaraq, Ermənistanın Erməni faciəsindən 70 il keçəndən sonra Azərbaycan xalqına qarşı qəddar işğal və kütləvi qırğınlar törətməsinə heç cür haqq qazandırmaq mümkün deyil. 

Azərbaycan müsəlman çoxluğun yaşadığı ölkədir və bu faktları dəyişdirmir. Burda yalnız ən bədxah adamlar azərbaycanlının müsəlman identifikasiyasını müzakirəyə çıxarmaqla faktları gizlətməyə çalışa bilərlər. Bəli, Azərbaycan müsəlman çoxluğun yaşadığı sekulyar ölkədir və o nəyin özü üçün yaxşı və perspektivli olduğunu da çox yaxşı bilir. 
Azərbaycanın müxtəlif mədəniyyətlərə qarşı irsi tolerantlığı Yəhudi insanına ümid verir. Azərbaycanın bu ümidi daha da vurğulamaq üçün ideal olmağa ehtiyacı yoxdur. Biz qaranlıq dövrdə yaşayırıq, anti-Semitizm Ermənistan da daxil olmaqla müxtəlif istiqamətlərdən üzərimizə gəlir. 2014-cü ildə Anti-Defamasiya liqasının təqdim etdiyi statistikaya görə Ermənistan Avropanın ən anti-Semit ikinci ölkəsidir. Azərbaycan isə İsraili və İsrailin maraqlarını tanıyır, dəstəkləyir, əməkdaşlıq edir, müdafiə edir və bu kifayətdir ki, ona hörmət edəsən, öyrənəsən və başa düşəsən. Azərbaycandakı yəhudilər təhlükəsizlikdə yaşayırlar, kağız üzərində yox, həqiqətən. Müsəlmanlar, xristianlar necə qorunursa, yəhudilər də bu ölkədə qorunur və rahatdırlar. Son informasiyalar Azərbaycanın öz bölgəsindəki xüsusiyyətlərdən nə qədər uzaq olduğunu göstərir. 

Nəyə görə bir ravvin özünün vaxtını bu məsələ yazmağa həsr etməlidir? Çünki bu çox vacibdir. Azərbaycanı öyrənmək Ermənistan haqda heç də xoş olmayan həqiqətlərin ortaya çıxmasına səbəb olur, Ermənistan rəhbərliyi etdiklərinin məsuliyyətini öz boynuna götürsə, vurduğu zərərə görə üzr istəsə, bərpa etməyə razılıq etsə, yəqin ki, dünya biraz da yaxşı və təhlükəsiz yerə çevrilər. 

Ancaq Ermənistanın lazımlı oyanışından vacib digər vacib faktorlar da var. Məsələn, Azərbaycan digər müsəlman ölkələri üçün İsrailə və ABŞ münasibətdə siyasətin, münasibətin və perspektivin dəyişməsində model rolunu oynaya biləcəyi kimi. Azərbaycan İsrailin və ABŞ-ın yanındadır və bir dost ölkə kimi dünya sülhünə təhlükə törədənlərin qarşısının alınmasında daha çox dəstəyə ehtiyacı var. Çox nadir hallarda əlimizə belə imkanlar düşür, bu gün nifrətlə dolu və hay-küylü inkarçılığın baş qaldırdığı dünyada buna heç vaxt olmadığı qədər ehtiyac var. 

Tərcümə: Emin



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti