İrəvan Ağsaqqallar Şurasının meri seçilən Tiqran Avinyan seçkilərdə50% -dən aşağı nəticə yığmasına baxmayaraq seçkinin qalibi olub. Bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb.
Mətbuat qeyd edir ki, bu seçkilərdə iştirak nəticəsi 28,5% üzərində olub.
"Mülki müqavilə” fraksiyasının irəli sürdüyü yeganə namizəd Tiqran Avinyan oktyabrın 10-da İrəvanın meri seçilib.
Sentyabrın 24-də Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə 475 seçki məntəqəsində səsvermə keçirilib.
İrəvan Ağsaqqallar Şurası 65 üzvdən ibarətdir və meri 5 il müddətinə seçir.
Paytaxt Ağsaqqallar Şurasının hazırkı tərkibi 2018-ci il sentyabrın 23-də keçirilən seçkilərin yekunlarına görə seçilib. Sonra "Mənim addımım” bloku (buraya Ermənistanın baş nazirinin rəhbərlik etdiyi "Mülki müqavilə” partiyası daxildir) İrəvan Ağsaqqallar Şurasında 65 yerdən 57-ni alaraq qalib gəlib. Şura 2018-ci il oktyabrın 10-da fəaliyyətə başlayıb, səlahiyyət müddəti 2023-cü il oktyabrın 10-da başa çatır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !