Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq keçirilən aclıq aksiyası davam edır - VİDEO

08:30 | 09.09.2020
Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq keçirilən aclıq aksiyası davam edır - VİDEO

Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq keçirilən aclıq aksiyası davam edır - VİDEO

"Müsavat" partiyasının qərargahında müxalif siyasətçi Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq keçirilən aclıq aksiyası davam etdirilir.
 
Aksiyayaı Elman Quliyev, Ayət İsmayıl, Tofiq Məmmədov və Elnur Həsənov qoşulublar.
 
"Hələlik vəziyyətimiz qənaətbəxşdir, ağırlaşma yoxdur. Yalnız Tofiq Məmmədovu quru aclıq etməməyə razılaşdırdıq”, deyə Quliyev bildirib.

Aksiya iştirakçılarının tibbi müşahidə altında olub-olmaması haqqında suala cavabda Quliyev deyib ki, hələlik səhhətlərində problem yaranmayıb və onlar həkimə müraciət etməyiblər.

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 22-də YNH-dən sonra saxlanılıb. O, digər maşının sürücüsünə və sərnişininə hücum etməkdə ittiham olunub. Amma bu, sübuta yetirilməyib.

Sentyabrın 2-də o, məhkəmədə aclıq elan edib, sentyabrın 3-də isə məhkəmə onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. "Beynəlxalq Amnistiya” Yaqublunu "vicdan məhbusu” kimi tanıyıb. 
 
Daha ətraflı videomaterialda:
 
Hazırladı:Mahir Rüstəmli
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb