• $ 1.7
  • € 2.0066
  • ₽ 0.020352
  • ₺ 0.041
  • £ 2.2966

"Toplum TV" ölkədə fəaliyyətini dayandırdığını bəyan edib

10.02.2025 10:14
"Toplum TV” ölkə ərazisində fəaliyyətini dayandırdığını bəyan edib. Bu barədə kanalın rəsmi facebook hesabatında bəyanat yayılıb. 
 
Kanal bildirib ki, öz fəaliyyətini xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək.
 
"Toplum TV” işi üzrə ibtidai istintaq başa çatıb. Yaxın zamanlarda məhkəmə proseslərin başlanacağı gözlənilir. 
 
Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla, təqsirləndirilən şəxslərin hamısına 6 maddə ilə yekun ittiham elan edilib.


Bunar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir. 
 
"Toplum TV" üzrə sonuncu saxlanılan şəxslər Fərid İsmaılov və Şahnaz Bəylər olub. 
 
Bir neçə gün öncə hüquq müdafiəçiləri Prezidentə müraciət edərək onun ev dustaqlığına buraxılmasını xahiş edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 09:43
Bu ərazilərdə qaz olmayacaq
Avro və rubl ucuzlaşıb - Məzənnə
Cəmiyyət 09:03
Avro və rubl ucuzlaşıb - Məzənnə
Liposaksiya etdirən qadın bədəninin çürüdüyünü iddia edir - Video
Cəmiyyət 08:57
Liposaksiya etdirən qadın bədəninin çürüdüyünü iddia edir - Video
Rusiya İstintaq Komitəsi ittiham irəli sürmədən Ağalarovların əmlakına həbs qoya bilməz — vəkil
Cəmiyyət 07:02
Rusiya İstintaq Komitəsi ittiham irəli sürmədən Ağalarovların əmlakına həbs qoya bilməz — vəkil
İmişlidə toyda zəhərlənənlərin sayı 69 nəfərə çatıb - Yenilənib
Cəmiyyət 22:33
İmişlidə toyda zəhərlənənlərin sayı 69 nəfərə çatıb - Yenilənib
İlham İsmayıl saxlanılıb
Cəmiyyət 22:19
İlham İsmayıl saxlanılıb
III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 18:16
III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 18:06
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Əziz Orucovun şikayəti təmin edilməyib
Cəmiyyət 16:40
Əziz Orucovun şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol