Tovuzda da 18 nəfər dönərdən zəhərlənib - Baş Prokurorluq araşdırma aparır - Yenilənib

10:18 | 16.10.2024
Tovuzda da 18 nəfər dönərdən zəhərlənib - Baş Prokurorluq araşdırma aparır - Yenilənib

Tovuzda da 18 nəfər dönərdən zəhərlənib - Baş Prokurorluq araşdırma aparır - Yenilənib

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı  rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğdan bildirilib. 


"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki  qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda deyilir. 
 
 
10:06
 
Tovuzun Qovlar kəndində 18 nəfər dönərdən zəhərlənib. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Bir neçə gün öncə Qazax da dönərdən kütləvi zəhərlənmə halı baş vermişdi. 
 
AQTA açıqlama vermişdi ki, hazırda məsələ araşdırılır. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM