• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
25.09.2023 23:28

Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı sanitariya norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Eyni zamanda istehsal edilən çörəyin qablaşdırılmasında çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi, istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi məlum olub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Cəmiyyət 20:12
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Ağsuda iki nəfər zəhərlənib
Cəmiyyət 19:28
Ağsuda iki nəfər zəhərlənib
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 19:00
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
Cəmiyyət 18:21
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Cəmiyyət 17:44
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Cəmiyyət 17:21
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol