Müharibə və əmək veteranları, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və ictimaiyyət nümayəndələri ilk öncə burada ucaldılmış "1941-1945" abidə kompleksinin önünə tər çiçək dəstələri qoyub, həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər. Sonra rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva hər bir veteranı təbrik edərək onlara hədiyyələr təqdim ediblər.
Onlar bildiriblər ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 1067 nəfəri sağ qayıdıb. Müharibədə Tovuzun igid oğlanlarından Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev ən yüksək mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə tovuzlu orden və medallarla təltif olunub. Tədbirdə ölkəmizdə İlham Əliyevin rəhbərli altında müharibə veteranlarına göstərilən diqqət və qayğıdan da danışılıb və veteranlar ölkə başsıçına öz təşəkkürlərini bildirməklə bərabər Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad etmək üçün bu gün də Ali Baş Komandanın əmrinə hazır olduqlarını deyiblər. Sonra veteranlara yubiley medalları verilib.
Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb və xalq artisti Könül Xasıyevanın iştirakı ilə bayram konserti verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !