Son modellərini Cenevrə Avtomobil Sərgisində nümayiş etdirən Toyota, 2018-ci il ərzində, Avropada dizel avtomobil satışlarını dayandıracağını bildirib.
"Toyota Avropa"dan məsələ ilə bağlı edilən açıqlamada bu ifadələr işlədilib: "Əsas strategiyamız hibrid modellərdir. Gələcəyə baxırıq və dizellər üçün daha az tələb müşahidə edirik".
Toyotanın gözlənilməz bir anda belə bir qərar verməsi, son illərdə dizel avtomobil satışlarının azalmada olmasına bağlıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !