TQDK bu gün imtahan keçirəcək

09:50 | 02.12.2014
TQDK bu gün imtahan keçirəcək

TQDK bu gün imtahan keçirəcək

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir.

"Qafqazinfo” xəbər verir ki, dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək.

İmtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunub. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqları olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür