TQDK-da yeni sistem

17:57 | 25.11.2014
TQDK-da yeni sistem

TQDK-da yeni sistem

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi 25 noyabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb.

ANN.Az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, sistemdə nəzərdə tutulduğu kimi zal nəzarətçilərinin qeydiyyatı müvafiq təhsil müəssisəsi tərəfindən internet vasitəsi ilə aparılır. Belə ki, ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud zal nəzarətçiləri bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, əmək müqavilələrini bağlayır.TQDK tərəfindən “Elektron qeydiyyat sistemindən istifadə qaydaları”nın öyrənilməsi, növbəti tədris ili üçün görüləcək hazırlıq işlərinin qrafiki və qarşıya qoyulan vəzifələr mövzusunda rayon əlaqələndiriciləri üçün treninqlər keçirilib. Treninqlərdə izahat işi Bakı, Sumqayıt və Abşeron rayonları üzrə Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov, digər rayonlar üzrə isə TQDK-nın regional bölmələrinin müdirləri tərəfindən aparılmışdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür