• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Tramp andiçmə mərasimindən sonra 100 sərəncam imzalayacaq

Tramp andiçmə mərasimindən sonra 100 sərəncam imzalayacaq
13.01.2025 21:24
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra 100-dən çox sərəncam verməyi planlaşdırır. Xüsusilə, Ağ Evdə ilk iş günündə enerjinin inkişafı, sərhəd təhlükəsizliyi, deportasiya və onun prioritet təşkil etdiyi digər məsələlərlə bağlı sərəncamlar verməyə hazırlaşır.

Prezident Kapitoli təpəsində qapalı iclasda respublikaçı senatorlara bildirib ki, vəzifəyə başladığı gün 100-dən çox icra sərəncamı imzalamağı planlaşdırır. Sənədlər həmçinin ölkənin səhiyyə və təhsil kimi sahələrində "prioritet” məsələlərini əhatə edir.

Bu arada Trampın Ağ Ev aparat rəhbərinin siyasət üzrə müavini təyin etməyi planlaşdırdığı Stiven Miller senatorlara sərhəd təhlükəsizliyi və immiqrasiya siyasəti ilə bağlı görülməli olan tədbirlərdən danışıb.
Öz növbəsində ABŞ-ın respublikaçı senatoru Ceyms Lankford bildirib ki, Tramp administrasiyası ilk növbədə ölkəyə daxil olan və cinayət törətmiş 1 milyona yaxın miqrant haqqında tədbir görəcək.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Rüstəm Umerovla görüşüb
Dünya 22:57
Hakan Fidan Rüstəm Umerovla görüşüb
NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib
Dünya 22:30
NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib
HƏMAS israilli girovun meyitini BQXK-ya təhvil verib - Yenilənib
Dünya 20:05
HƏMAS israilli girovun meyitini BQXK-ya təhvil verib - Yenilənib
Rusiya “Roblox”u bloklayıb
Dünya 19:50
Rusiya “Roblox”u bloklayıb
Britaniya Ukraynaya yardım ayıracaq
Dünya 13:37
Britaniya Ukraynaya yardım ayıracaq
“Apple” şirkətinin süni intellekt üzrə vitse-prezidenti istefa verib
Dünya 21:58
“Apple” şirkətinin süni intellekt üzrə vitse-prezidenti istefa verib
Misirə vizanın qiyməti artıb
Dünya 21:56
Misirə vizanın qiyməti artıb
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub
Dünya 21:15
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub
Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - Yenilənib
Dünya 20:49
Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol