"Reyhan hər zaman yaşıdlarından fərqlənib". Bunu İstiPress-in şimal bürosuna açıqlamasında ABŞ prezidentinin qızı İvanka Trampı heyran edən azərbaycanlı qızın atası deyb.
Rauf Camalovun sözlərinə görə, qızının qeyri-diliyi, hər şeylə maraqlanan olduğu hələ uşaq yaşlarından bəlli idi. "Hər zaman istəyirdi ki, nəisə maraqlı ideyalar həyata keçirsin. Bu zamana kimi onun istedadını həyata keçirmək şansı olmayıb. Bu sammit onun həqiqətən istedadlı olduğunu üzə çıxardı".
Atasının sözlərinə görə, Reyhan ona uğur gətirən qurğu haqqında bir il öncə söhbət açıb və məsləhət alıb.
Xatırladaq ki, prezident Donald Trampın baş müşaviri və Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib."Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx”.
Reyhan Camalova sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji istehsal edən "Reynerçi"qurğusunu hazırlayıb və sammitə təqdim edib. İdeyanın formalaşmasında atası Rauf Camalov qızına kömək edib. Sammitdə 15 yaşlı azərbaycanlı qızın yenilik dolu layihəsi ilk mərhələdən uğurla keçib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !