• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Trampın seçilməsi birjalara necə təsir edib?

Trampın seçilməsi birjalara necə təsir edib?
06.11.2024 22:04

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də "Bitcoin”in qiymətində artımlar qeydə alınıb. ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. "Bitcoin”in qiyməti ilk dəfə olaraq 75 min dollaradək yüksəlib.Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən, digər aparıcı ölkə bazarlarında volatillik davam edib:

"Avro dollara nisbətən 2 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-nin daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70 faizə dəyər qazanmışdı.
Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə, Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir”.

Parlamentari bildirib ki, Trampın yenidən prezident seçilməsinin Azərbaycan ABŞ münasibətlərinə təsirlərinə gəldikdə isə ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır:

"Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhvə verir.
ABŞ-dəki son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə, ölkəmizin əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğundan bu tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək.
Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti bahalaşıb
Bu təhsil müəssisəsinə direktor təyin edilib
İqtisadiyyat 17:22
Bu təhsil müəssisəsinə direktor təyin edilib
ABB Tam Visa kartını təqdim etdi
İqtisadiyyat 16:47
ABB Tam Visa kartını təqdim etdi
Subway Azərbaycana gəlir
İqtisadiyyat 15:49
Subway Azərbaycana gəlir
İndi aviabiletlər də ABB Business-də alınır
İqtisadiyyat 14:32
İndi aviabiletlər də ABB Business-də alınır
Ötən il orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:58
Ötən il orta aylıq əməkhaqqı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
İqtisadiyyat 10:44
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
İqtisadiyyat 09:11
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol