• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Trampın seçki kampaniyasında istifadə etdiyi papaqları Türkiyədə istehsal olunub

Trampın seçki kampaniyasında istifadə etdiyi papaqları Türkiyədə istehsal olunub
12.09.2024 10:36
Türk istehsalçıları ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahına "Amerikanı yenidən möhtəşəm et” yazısı olan 100 min qırmızı papaq verib. Bu barədə "Dünya” qəzetinə Türkiyənin Promotürk Reklam və Promosyon Məhsulları İstehsalçıları Birliyinin sədri Mehmet Yücetürk məlumat verib.

"Trampın seçki kampaniyasında istifadə etdiyi, tərəfdarlarına payladığı və özünün geyindiyi papaqlar Türkiyədə istehsal olunub", - o bildirib. 

Qəzet əlavə edir ki, ABŞ-da prezident seçkilərinin yaxınlaşması ilə Türkiyədən promosyon sektorunun məhsullarına tələbat artıb. Bununla əlaqədar olaraq yerli istehsalçılar Amerikaya əhəmiyyətli həcmdə reklam və suvenir məhsulları, bayraqlar, vimponlar, qələmlər, kupalar və açar üzüklər ixrac etməyə başlayıblar. 
 
 
Noybarın 5-də Amerikada prezident seçkiləri keçiriləcək. Donald Trampın rəqibi Kamala Harris olacaq. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol