• $
  • £

Trampın xüsusi nümayəndəsi tezliklə Kiyevə gedəcək

Trampın xüsusi nümayəndəsi tezliklə Kiyevə gedəcək
03.02.2025 22:20
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq fevraın ortalarında Kiyevə səfər edəcək. Bu barədə Ukrayna mediası məlumat yayıb.

New Voice nəşri Ukrayna və ABŞ-dakı mənbələrə istinadən bildirir ki, Kelloq 11 fevraldan sonra Ukraynaya səfər edəcək.
 
Daha sonra o, Avropada danışıqlarda iştirak edəcək və ardınca Münhen Təhlükəsizlik Konfransına qatılacaq.

Bundan əvvəl Ukrayna mediası "Susílne" xəbər vermişdi ki, Ukrayna hökuməti Tramp administrasiyası ilə görüşlərin qrafikini razılaşdırır.
 
Ukrayna Prezidenti Volodimir Zelenski AP agentliyinə müsahibəsində komandası ilə Ağ Ev arasında əlaqənin davam etdiyini və yaxın vaxtlarda detallı razılaşmalar üçün birbaşa görüşlərin keçiriləcəyini bildirib.

Kelloq, hazırda ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur. O, bu posta təyin olunmazdan əvvəl döyüşlərin dayandırılması üçün bir plan təqdim etmişdi. O,  Ukraynada seçkilərin keçirilməsi şərti ilə danışıqların tezliklə başlanmasının tərəfdarıdır.
 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
Dünya 13:55
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
“Facebook” və “Instagram” çöküb
Dünya 13:03
“Facebook” və “Instagram” çöküb
İranda zəlzələ olub
Dünya 10:35
İranda zəlzələ olub
Oman sahilləri yaxınlığında tankerə hücum edilib
Dünya 00:02
Oman sahilləri yaxınlığında tankerə hücum edilib
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
Dünya 22:46
Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb
Dünya 22:07
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb
İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
Dünya 21:31
İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
"The Telegraph": Bəndər-Abbas limanı tamamilə təcrid olunub
Dünya 21:15
"The Telegraph": Bəndər-Abbas limanı tamamilə təcrid olunub
Hakan Fidan Qətərə səfər edəcək
Dünya 20:36
Hakan Fidan Qətərə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol