Transadriatik qaz kəmərinin tikintisinə 2016-cı ildə başlanılacaq

16:17 | 19.06.2015
Transadriatik qaz kəmərinin tikintisinə 2016-cı ildə başlanılacaq

Transadriatik qaz kəmərinin tikintisinə 2016-cı ildə başlanılacaq

İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı, Caspian Energy jurnalının redaktoru Ceyhun Bayramovu və Caspian Energy News-un müxbiri Səbinə Məmmədovanı qəbul edib.

Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İtaliya iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.

Səfir Campaolo Kutilo Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Caspian Energy jurnalında İtaliya iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin dərc edilməsində maraqlı olduğunu ifadə edib.

İtaliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın perspektivlərindən danışan səfir Campaolo Kutilo bunları qeyd edib: "Əlbəttə ki, gələcək inkişaf üçün bizim potensialımız var. Buna görə də əvvəlki kimi yenə də hazırkı göstəriciləri qənaətbəxş hesab etmirik. Biz bundan da yüksək nəticələr əldə edə bilərik. Son üç-dörd il ərzində Azərbaycana İtaliya eksportunda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 2011-ci ildə Azərbaycana İtaliya eksportu 200 milyon avrodan  az olduğu halda 2014-cü ildə bu rəqəm 600 milyon avroya yüksəlib. Bütün bu faktlar münasibətlərimizin inkişafından xəbər verir”.

O, həmçinin qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət partnyorudur: "Azərbaycan 2014-cü ildən İtaliyaya ilk neft tədarükçüsüdür. Bildiyiniz kimi, İtaliya "Cənub qaz dəhlizi” layihəsində partnyor qismində çıxış edir. Biz də öz növbəmizdə Azərbaycan da daxil olmaqla bütün partnyorlarımızla 2016-cı ildə Transadriatik qaz kəmərinin (TAP) tikintisinə başlamaq öhdəçiliyini öz üzərimizə götürdük”.

"Biz Azərbaycanı Birinci Avropa Oyunlarının təşkili münasibəti ilə təbrik etdik, çünki bu oyunlar olduqca böyük əhəmiyyət kəsb edir. Açılış mərasimi möhtəşəm idi. Biz həmin mərasimdə iştirak etməyimizdən şad olduq. Hesab edirəm ki, bu, Azərbaycan üçün əla başlanğıcdır”, - deyə səfir çıxışına yekun vurub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM