Diyarbəkirdən havaya qalxan türk qırıcıları Peşmergə-İŞİD döyüşlərinin olduğu şimali İraq bölgəsi üzərində kəşfiyyat uçuşu həyata keçirirlər və hər an "vur"əmrinə hazır vəziyyətdədirlər.ANN.Az türk mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə Hava Qüvvələri Komandanlığına məxsus 8 qırıcı təyyarə şimalı İraqa - İŞİD və peşmergə döyüşləri gedən ərazi üzərində kəşfiyyat uçuşu həyata keçirib. İŞİD-lə peşmərgə arasındakı Ərbil şəhərinə 40 km-lik ərazidə gedən döyüşlər daha böyük vüsət alır. İŞİD-in şimalı İraqda yerləşən və PKK-nın nəzarəti altında olan Mahmur bölgəsinə doğru irəliləməsi Türkiyəni hərəkətə gətirib.Ötən gün Türkiyəyə məxsus "F-16" döyüş təyyarəsi kəşfiyyata göndərilmişdi. Ötən 24 saat ərzində adıçəkilən əraziyə həm pilotsuz təyyarələr (İHA), həm də "F-16" döyüş təyyarələri göndərən Türkiyə Hava Qüvvələri bölgədə yaşananları nəzarətsiz qoymur. Türk qırıcılarının tam halda silahlı olduğu və hər an "vur" əmrini yerinə yetirə biləcəyi vəziyyətdə olduğu deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !