Türkiyə 90 milyon avro cərimələndi

00:35 | 13.05.2014
Türkiyə 90 milyon avro cərimələndi

Türkiyə 90 milyon avro cərimələndi

Təzminatın 30 milyonu hərəkatdan sonra itənlərin ailələrin veriləcək.

Yunan Kiprinin Türkiyəyə qarşı təzminat iddiasını Avropa İnsan Haqları Məhkəməsini Yuxarı Palatası təmin edib. 

ANN.Az ANSPRESS-ə istinadən xəbər verir ki, bu gün açıqlanan məhkəmə qərarında təzminatın 90 milyon avro olduğu bəlli olub.

Yunan Kipri tərəfindən iddia 1994-cü ilin noyabrında, adanın şimalına 1974-cü ildə Türkiyə ordu birləşmələrinin çıxarılması və bununla da “rəsmi Ankaranın Avropa İnsan Haqları Konvensiyasının bir sıra müddəalarını pozması” əsas gətirilərək qaldırılıb.

Qeyd edək ki, həmin ildən ada iki hissəyə bölünüb. Yunan Kipri dünya birliyi tərəfindən tanınsa da, Avropa Birliyinə üzv edilsə də, Şimali Kipr Türk Cümhuriyyəti indiyədək Türkiyədən başqa heç bir ölkə tərəfindən tanınmayıb. 

Qərara görə, təzminatın 30 milyonu hərəkatdan sonra itənlərin ailələrinə, yerdə qalan 60 milyonu isə Şimali Kiprdə Karpaz yarımadasında qalan yunanlara veriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti