Davudoğlu: "Təzminatı ödəmək barədə düşünmürük"
Türkiyə Avropa İnsan Haqları Məhkəməsinin Kiprlə əlaqədar verdiyi qərarı icra etməyəcək. Belə ki, nəzərdə tutulan təzminatı ödənilməyəck. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.
Davudoğlu Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının xoş niyyətli bir qərar olduğuna inanmadıqlarını da vurğulayıb. "Təzminatı ödəmək barədə düşünmürük. Hüquqi baxımdan tanımadığımız bir dövlətlə əlaqədar hər hansı bir məhkəmə qərarı bizimlə əlaqədar bir qərar kimi təqdim edilə bilməz. Avropa İnsan Haqları Məhkəməsi Kiprdə itkin düşənlərlə ilə yanaşı, Şimali Kiprdəki türklərlə əlaqədar da bir qərar verməlidir".
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Türkiyənin 1974-cü ildə Kipr adasını işğal etməsi və sonradan adanın parçalanmasına görə Türkiyəni 90 milyon avro həcmində cərimələyib. Məhkəmənin qərarına görə, Türkiyə Kipr hökumətinə münaqişə zamanı itkin düşənlərin aiələlərinə dəymiş mənəvi ziyana görə 30 milyon avro, Karpasiya yarımadasındakı anklavda yaşayan yunan sakinlərə dəymiş mənəvi ziyana görə isə 60 milyon avro ödəməlidir.
ANSPRESS
Bizi sosial şəbəkələrdə izləyin !