Türkiyə daha iki ölkəylə viza rejimini ləğv etdi

16:39 | 02.06.2014
Türkiyə daha iki ölkəylə viza rejimini ləğv etdi

Türkiyə daha iki ölkəylə viza rejimini ləğv etdi

Belarus və Moldova ilə Türkiyə arasında vizaların qarşılıqlı olaraq ləğv edilməsilə bağlı imzalanan razılıq qərarı rəsmi olaraq qüvvəyə minib.Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi "29 mart 2013 tarixində Minskdə imzalanan və hər iki ölkə vətəndaşlarının pasport növünə baxılmadan vizasız səyahət edə bilmələrini reallaşdıran Belarus ilə vizaların ləğvi mövzusunda verdiyi açıqlamada “Türkiyə Cümhuriyyəti ilə Belarus Respublikası arasında vizaların qarşılıqlı olaraq ləğv edilməsi ilə bağlı razılaşma”nın 1 iyun 2014-cü il tarixində qüvvəyə mindiyini deyib.Nazirlik Türkiyə-Belarus arasında viza ləğvinin əlaqələrin inkişafında əhəmiyyətli addım olduğunu vurğulayıb.Eyni şəkildə, 1 noyabr 2012-ci il tarixində Ankarada imzalanan Moldova-Türkiyə arasında vizasız səyahət rejiminin 1 iyun 2014-cü il tarixində qüvvəyə mindiyi bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM