Türkiyə İraq türkmənlərinə humanitar yardım göndərib. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, ilk mərhələdə 20 ton həcmində humanitar yük yola salınıb.
Bir müddət əvvəl İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət edib.
Salihi deyib: "İraq hökuməti ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərir və təkcə iraqlı türkmənlər bu dəstəkdən məhrum ediliblər".
Onun sözlərinə görə, hazırda ölkənin şimalında yaşayan türkmənlər İraqın mərkəzi hakimiyyəti tərəfindən müdafiə olunduqlarını hiss etmirlər.
İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.
ANN.Az