Türkiyə polisi saxta səsvermə bülletenləri ilə bağlı əməliyyat keçirdi

09:30 | 30.03.2014
Türkiyə polisi saxta səsvermə bülletenləri ilə bağlı əməliyyat keçirdi

Türkiyə polisi saxta səsvermə bülletenləri ilə bağlı əməliyyat keçirdi

Türkiyə polisi ölkədə keçiriləcək bələdiyyə seçkilərinə saatlar qalmış saxta səsvermə bülletenlərinin hazırlandığı iddia edilən mətbəədə araşdırma aparıb. ANS PRESS-in məlumatına görə Türkiyənin İzmir şəhəri Qaziəmir qəsəbəsində yerləşən mətbəədə saxta səsvermə bülletenlərinin hazırlanması barəsində şəhər poliş şöbəsinə məlumat daxil olub. 

Polis işçiləri mətbəədə 2 saat yaxın axtarış aparıblar. Daha sonra jurnalistlərə açıqlama verən polis məmurları mətbəədə saxta səsvermə bülletenlərinin hazırlanması barədə olan iddiaların əsassız olduğunu söyləyiblər. 

Qeyd edək ki, ötən gün də başqa bir mətbəədə saxta səsvermə bülletenlərinin hazırlanması barəsində Türkiyə polisinə məlumat daxil olub. Polis əməkdaşlarının hadisə yerində apardıqları araşdırmadan sonra yayılan məlumatların əsassız olduğu üzə çıxıb. Türkiyədə bu gün 52 milyon 695 min seçici 1394 yerli idarəetmə orqanları təmsilçiləri arasında seçim etmək üçün məntəqələrə gedəcək. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti