Türkiyə qırıcıları İraqda

18:11 | 17.06.2014
Türkiyə qırıcıları İraqda

Türkiyə qırıcıları İraqda

Türk qırıcıları İraqın Mosul şəhərinə kəşfiyyat uçuşları edib. ANS PRESS-in məlumatına görə, kəşfiyyat qüvvələrinin verdiyi xəbərdə bildirilir ki, “Təcili” kodu ilə havalanan F-16 qırıcıları bölgəni izləmək məqsədi ilə Mosula hərəkət edib. Mosulda türk konsulluğunu zəbt edib işçiləri girov götürən İŞİD qüvvələri türk qırıcıları tərəfindən tez-tez izlənilir.Digər yayılan xəbərdə bildirilir ki, kəşfiyyat məlumatları toplamaq üçün Baş qərərgahdan bölgəyə 8 ədəd F-16 qırıcısı göndərilib. Məqsəd İŞİD nəzarətində olan bölgələrə kəşfiyyat uçuşu etmək olub. Təqribən 3 saat sürən uçuşdan və kəşfiyyat məlumatları toplandıqdan sonra qırıcılar heç bir problem yaşamadan bazaya dönüb.Kəşfiyyat uçuşlarının İraq və ABŞ səlahiyyətliləriylə koordinasiyalı olaraq reallaşdırıldığı bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM