Türkiyə Rusiya gəmilərinin Bosfora girişini bağlamaqla hədələyib.ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefonla danışıb və Ukrayna ilə münaqişənin nəticələri haqqında xəbərdarlıq edib.Eyni zamanda Krım tatarlarının lideri Mustafa Cəmiloğlu və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan arasında son görüşdə Rusiyanın Krım tatarlarına qarşı təcavüzkar siyasətiylə əlaqədar müzakirə aparılıb. Mustafa Cəmiloğlu Ərdoğanla danışıqdan sonra Vladimir Putinə zəng vurub və ona xəbərdarlıq edib:"Əgər Rusiya Ukraynaya soxulacaq, həmçinin fırıldaqçı hakimiyyət yaratmaq istəyərsə, Krımın özünümüdafiə qüvvələri zorakılıq həyata keçirəcək. Türkiyə Rusiya gəmilərinin Qara dəniz boğazlarına girişini də bağlayacaq". Xatırladaq ki, 17 martda ABŞ tərəfi bildirib ki, Krım böhranıyla əlaqədar Rusiya Federasiyasının bir neçə məmuru barəsində sanksiyalar tətbiq ediləcək. ABŞ-ın tətbiq etdiyi anoloji sanksiyalara Avropa İttifaqı da qoşulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !