Türkiyədə alkoqollu içkilərin reklam şərtləri sərtləşdirilir.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 10 gün ərzində qüvvəyə minəcək yeni qanunvericiliyə uyğun olaraq, ölkədə kafe, restoran və spirtli içkilərin satıldığı mağazaların qarşısında alkoqollu içkilərin reklamı qadağan ediləcək.
Qanun layihəsinə görə, bu tələbi pozanlar üçün cərimənin məbləği beş mindən 200 minədək türk lirəsi təşkil edəcək.
Qeyd edək ki, 2013-cü ilin mayında Türkiyədə spirtli içkilərin satışını məhdudlaşdıran qanun qəbul edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !