Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük yas elan edilib.APA-nın xəbərinə görə, Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb. Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib. Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !