Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, partlayışlar Ərdoğanın həmin ərazidən keçəcəyi vaxtdan yarım saat tez baş verib.
Partlayış Çankaya köşkündə 4 nömrəli binanın bağçasında baş verməli imiş.
Hadisənin baş verdiyi ərazidə keşik çəkən polis nəfəri partlayış səslərini eşitdikdən dərhal sonra bağçaya daxil olub və burada üzəri alüminium folqa ilə örtlümüş, partlayıcı xarakterli maddələr aşkarlayıb.
Hadisə yerinə bombaların zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunublar.
Baş vermiş hadisə ilə əlaqədar ətrafdakı təhlükəsizlik kameralarının görüntüləri alınıb, polis ərazidən 2-si partlamış, 1-i isə partlamaya hazır olan bomba aşkarlayıb.
Terror aktına cəhdlə bağlı prezident Ərdoğanın təhlükəsizliyi gücləndirilib, Milliyet yazır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !