Türkiyədə həyat iflic oldu

14:23 | 06.06.2014
Türkiyədə həyat iflic oldu

Türkiyədə həyat iflic oldu

Türkiyənin bəzi bölgələri hələ də leysan yağışların səbəb olduğu sel suları altındadır. ANS PRESS-in məlumatına görə, Adana vilayətində daşqın nəticəsində xeyli sayda ev və iş yerləri su altında qalıb, avtomobillər gölə dönən küçələrdə sürüklənib. Seyhan, Yüreyir və Çukurova kimi iri yaşayış məntəqələrində sakinlərin evakuasiyasına başlanılıb. Zonquldağ vilayətində isə leysan yağışın səbəb olduğu daşqın onlarla sakinin təcrid olunmasına gətirib çıxarıb. Asma dərəsi adlanan dərənin daşması nəticəsində ətraf aləmdən təcrid olan sakinlər saatlarla xilas olunmağı gözləyib. Uşaq parkına sığınan sakinlər ekskavator vasitəsilə xilas edilib. Təhlükəli ərazidə yaşayan sakinlər evlərini tərk edib, iş yerləri də boşaldılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM