Türkiyədə Ankara 4-cü "Sülh-Cəza” məhkəməsi "paralel hökumət” əməliyyatı çərçivəsində daha 3 nəfərin həbs olunmasına qərar verdi.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, saxlanılanlardan biri Ankara polis idarəsi rəisinin kəşfiyyat məsələləri üzrə keçmiş müavini Muharrem Durmazdır.
Qeyd edək ki, Türkiyədə xüsusilə 17 dekabr 2013-cü ildən bəri əksəriyyəti yüksək rütbəli olmaqla yüzlərlə polis əməkdaşı qeyri-leqal telefon dinləmələrinə görə saxlanılaraq həbs olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !