“Musavat.com” bildirir ki, söhbət bir qadının intim fotolarının Tvitterdə onun adından yerləşdirilməsindən gedir. Qadın məhkəməyə müraciət edib. Məlum olub ki, fotoları mikrobloqa onunla düşmən münasibətlərində olan bir nəfər yerləşdirib. Samsun şəhərində qadının hüquqlarını müdafiə edən vəkil Adnan Aydın bildirib ki, iddiaçı məhkəmədən həmin mikrobloqun bağlanmasını tələb edib. Məhkəmə iddia ilə bağlı müsbət qərar çıxarsa da, Tvitter administrasiyası məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Türkiyə tərəfi bu addımı insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib və Tvitter administrasiyasının qərarını qanunsuz hesab edib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !