Türkiyədə “Twitter” bağlandı

09:58 | 21.03.2014
Türkiyədə “Twitter” bağlandı

Türkiyədə “Twitter” bağlandı

Buna, "Twitter" rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışırılması barədə məhkəmə qərarına etinasız qalması səbəb göstərilibTürkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan “Twitter” bağlanıb. ANS PRESS-in xəbərinə görə, bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, "Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən bu sosial şəbəkəyə girmək mümkün olmayıb. Yerli mətbuat indilik “Ttnet” və “Superonline” serverləri ilə "Twitter"ə girmənin mümkün olduğunu, “3G”, “Kablonet” və “Uydunet” serverlərində isə adı çəkilən şəbəkənin tamamilə məhdudlaşdığını bildirir. Baş nazirlik mətbuat mərkəzi məsələ barədə rəsmi açıqlama verərək, "Twitter" rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışırılması barədə məhkəmə qərarına etinasız qalmasını səbəb kimi göstərib. “Hazırda Türkiyə Cümhuriyyəti vətəndaşlarının bəzi linklərin yığışdırılması barədə məhkəmə qərarının həyata keçirilməsində twitter rəsmiləri etinasız hərəkət edir. Bu müdət ərzində məhkəmə qərarları istiqamətində Kommunikasya və Rabitə komitəsinin müraciətləri də şəbəkə rəhbərliyi tərəfindən reaksiyasız qalıb. Məhkəmə qərarlarının və hüququn tələblərinin yerinə yetirilməməsi mövqeyində dəyişiklik olmasa vətəndaşlarımızın düşdüyü zərərin qarşısını almaq üçün twitterə məhdudiyyət qoymaqdan başqa çarəmiz qalmayacaq. Baş nazirimiz Bursada keçirdiyi mitinqdə diqqəti bu məsələyə cəlb edib”. Qeyd edək ki, "Dünya nə düşünürsə düşünsün, biz bunu edəcəyik" deyən baş nazir Ərdoğanın bu qərarına qarşı bütün dünyadan sərt reaksiyalar gözlənilir. Həmçinin bu gündən etibarən ölkədə, "İnternetimə toxunma" şüarı ilə etiraz aksiyalarının keçiriləcəyi də istisna edilmir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM