Türkiyədə “Twitter” qadağası aradan qaldırılır

21:24 | 02.04.2014
Türkiyədə “Twitter” qadağası aradan qaldırılır

Türkiyədə “Twitter” qadağası aradan qaldırılır

 Bu gün Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib. Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib. Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM