Türkiyə enerji naziri Taner Yıldız martın 30-da ölkədə keçirilən bələdiyyə seçkiləri zamanı elektrik enerjisinin kəsilməsi ilə bağlı maraqlı açıqlama verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir elektrik transfarmatoruna pişiyin girdiyini və problemin bu səbəbdən yarandığını bildirib:
“Zarafat etmirəm, transfarmatora pişik girdi. Bu ilk dəfə deyil ki yaşanır. Bunu seçkilərlə əlaqələndirmək yanlışdır. Biz vətəndaşların hər cür qərarına hörmət edirik. Biz bununla əlaqəli seçim nəticələrinə kölgə salmağa çalışanları bir az da təbəssümlə qarşılayırıq. Səslərə təsir edəcək bir məsələ müzakirə mövzusu deyil. Bəzi bölgələrdə çox qısa, 10-15 dəqiqə müvəqqəti kəsintilər yaşanıb. Elektrik dirəklərinin arxasına sığınmayaq”.
Qeyd edək ki, nazirin bu çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Hətta sosial şəbəkə izləyiciləri fotolar hazırlayıb pişiyi sorğu-suala "çəkiblər".
ANN.Az