Türkiyəli teleaparıcı komadadır

11:44 | 22.03.2014
Türkiyəli teleaparıcı komadadır

Türkiyəli teleaparıcı komadadır

Türkiyənin məşhur teleaparıcısı və aktyoru Kənan İşıq komaya düşüb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kənan İşık martın 21-də saat 16:29 radələrində “Renaissance İstanbul Bosphorus Otel”in saunasından çıxarkən ayağı sürüşüb və başı yerə dəyib. Kənan İşıq dərhal İstanbuldakı Amerikan Xəstəxanasına çatdırılıb. Xəstəxananın yaydığı ilkin məlumata görə, beyin qanaması keçirən aktyor 3,5 saat davam edən əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Kənan İşıqın həyatı üçün təhlükə qalmaqdadır. Xəstəxanada teleaparıcının ailə üzvləri ilə görüşən müğənni Zərrin Özər deyib ki, əməliyyat uğurla keçib, həkimlər xəstənin durumu ilə bağlı son məlumatı vermək üçün ilk 48 saatı gözləməyi zəruri sayıb. Xəstə hazırda yatırdılır, koma vəziyyətindədir. Qeyd edək ki, Qazi Universitetinin İqtisadi və idarəetmə fənləri fakültəsini bitirən Kənan İşıq 1972-ci ildə Türkiyə Dövlət Teatrının aktyoru, Şəhər Teatrlarının baş rejissoru olub.  Bir çox teatr səhnələrində yer alan Kənan İşıq 1974-cü ildən bir sıra mətbuat orqanlarında (“Resmi Qazete”,  “Yeni Yüzyıl”, “Yeni Binyıl”, “Akşam”) köşə yazarı kimi çıxış edib. 2005-ci ildə “Star TV”-də xəbər aparıcısı olan Kənan İşıq hazırda Türkiyədə yüksək reytinq qazanmış “Kim milyonçu olmaq istər?” yarışmasının aparıcısıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti