Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC və "Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı "Doktor” TV, artıq "Azerspace-1” peyki üzərindən yayıma keçəcək. Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.
Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan "Doktor” TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !