Türklər ermənilərlə heç bir sənəd imzalamayacaq

17:15 | 29.05.2014
Türklər ermənilərlə heç bir sənəd imzalamayacaq

Türklər ermənilərlə heç bir sənəd imzalamayacaq

"Mövcud şərtlərdə Ermənistan ilə enerji sahəsi də daxil olmaqla hər hansı bir sahədə sənəd imzalanması gündəmdə deyil".ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilərək üzərinə düşəni edərsə bu ölkənin regional əməkdaşlıq layihələrində iştirakı mümkün ola bilər: "Ermənistanın 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra Türkiyədən bu ölkəyə birbaşa ticarət əlaqələri dayandırılıb. İki ölkə arasındakı sərhəd bağlanılaraq quru, dəmiryolu və hava nəqliyyatı əlaqələri kəsilib. Bununla yanaşı hava nəqliyyatı əlaqəsi daha sonra yenidən bərpa edilib. İki ölkə arasında nizamnamə səfərləri mövcuddur. Hazırda Ermənistanın üçüncü ölkələrlə tranzit yük daşımalarını Türkiyə vasitəsi ilə reallaşdırır. Ermənistan vətəndaşlarının Türkiyəyə girişi üçün sərhəd məntəqələrində viza verilməsi prosesi mövcuddur. Ölkəmiz tərəfindən Ermənistana embarqo tətbiq olunması kimi bir vəziyyət isə mövcud deyil".Nazir ötən il Xarici İşlər Nazirləri Şurasının Toplantısında iştirak etdiyi xatırladıb. O bildirib ki, İrəvana səfəri zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə də bir görüş keçirilib. XİN rəhbəri qeyd edib ki, səfər çərçivəsində hər hansı bir razılaşma əldə edilməyib və heç bir sənəd imzalanmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM