Ankara hava limanında rusiyalı qadın tualetdə doğuş edib və körpəni tualetə ataraq qaçıb. Bu barədə Rusiya mətbuatı yazıb.
Belə ki, gənc qadın anası ilə birlikdə qaçmağa çalışarkən polislər onu saxlayıb və təyyarəyə buraxılmayıb. Gənc anaya qarşı cinayət işi açılıb.
Dindirilmə zamanı Ketrin adlı qadın hamiləlikdən xəbərdar olmadığını deyib.
Doğuş edən qadının 18 yaşı var.
Rusiya Baş Konssuluğunun verdiyi məlumata görə uşaq sağdır və ilkin tibbi yardım üçün həkimlərə təhvil verilib.
Gənc ana da xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb. Ketrinə qarşı "uşağı təhlükə altında qoyduğu" üçün cinayət işi açılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !